Yaxın 10 ildə dünya üzrə insanların iş günü 4 saata qədər azaldılacaq.
Unikal.org report-a istinadən xəbər verir ki, bunu Çinin məşhur "Alibaba" internet ticarət şirkətinin rəhbəri Cek Ma Detroytda keçirilən "Alibaba's Gateway" forumunda bildirib.
"Yaxın 10 ildə insanlar nəinki gündə 4 saat, ola bilər həftədə 4 gün çalışsınlar.
Mənin babam kənd təsərrüfatı sahəsində gündə 16 saat çalışıb və düşünüb ki, çox məşğuldur. Biz isə həftədə 5 gün və gündə 8 saat çalışırıq və yenə də düşünürük ki, məşğuluq", - deyə C.Ma əlavə edib.
Biznesmen həmçinin insanların daha çox səyahət edəcəyini deyib: "Əmək bazarında dramatik dəyişikliklər ağır keçəcək".