"Kultura Plus televiziyasının "Zamanın Çağırışı verilişi bu dəfə İslamda qadın mövzusuna toxunub.
Unikal.org bildirir ki, verilişdə Qafqaz Müsəlmanları İdarəsinin Fətva Şöbəsinin mütəxəssisi Hacıağa Səyid Yaqubov maraqlı açıqlama ilə çıxış edib. O, qeyd edib ki, qadının övladına süd verməsi onun boynunda deyil: "İslam dini qadın və kişi ailə qurarkən yükləri kişinin boynuna qoyur. Qadın ev işlərini görməyə məcbur deyil. O işlərin görülməsi üçün xidmətçi tutulmalıdır. Peyğəmbərin həyatındakı qadınların xidmətçiləri olub. Biz cəmiyyət olaraq İslam dinin bu qaydası ilə formalaşmamışıq. Kişilər evdəki yemək bişirməkdən tutmuş, paltar yuyulmasına qədər işlərə məsuldur. Qadının isə bir neçə məsələdə məsuliyyəti var. Bunlar övlad dünyaya gətimək, kişinin sözündən çıxmamaqdır. Ərəb aləmində qadına "Rəbbətül beyt deyilir. Yəni, evin Allahı qadındır. Hətta qadının övladına süd verməsi onun boynunda deyil. Əgər qadın kişisindən buna görə məvacib tələb edərsə, haqqı var.
Daha ətrfalı aşağıdakı videonun 11-ci dəqiqəsində: