"Hazırda iranlı mütəxəssislər Azərbaycanda özəl tibbi mərkəzi yaradır. Azərbaycan vətəndaşları bu tibb mərkəzində İranda göstərilən bütün tibbi xidmətlərdən istifadə edə biləcəklər.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin İqtisadiyyat komissiyasının sədri Məhəmmədrza Puribrahimi Davərani deyib.
M.Puribrahimi Davərani bildirib ki, mövcud şəraitdə Azərbaycan və İran arasında tibb sahəsində əməkdaşlıq üçün geniş potensial var: "Ümid edirəm bu sahədə əməkdaşlıq inkişaf etdiriləcək.