Hindistanın "Air India" aviaşirkətinə məxsus köhnə təyyarəni daşıyan qaldırıcı kran onun üzərinə aşıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, insident Telanqana ştatının hava limanında təyyarə aeroportdan yaxınlıqda yerləşən pilot məktəbinə aparılan zaman baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.