Bilirik ki, spirtli içkilərdən çox istifadə etmək sağlamlığa ciddi təhlükə yaradır. Kişilərin çoxu da təhlükəni azaltmaq üçün tərkibində spirt nisbətən az olan pivəyə üstünlük verirlər. Xüsusən də yayda, isti havalarda soyuq pivə kişilərin vazkeçilməz içkisidir. Bəs bilirsinizmi hər gün pivə içdikdə bədəndə nələr baş verir?

Unikal.org bununla bağlı məlumatı təqdim edir.

- Hər gün pivə içdikdə ilk olaraq bədən antitoksik fəaliyyətini itirir. Bununla da bədən iltihablanmağa başlayır. İltihablanma isə öz növbəsində hepatit və müxtəlif qaraciyər xəstəliklərinə yol açır.

- Mukoz zəri aşınır və mədə narahatlıqları ortaya çıxır. Bədən istər-istəməz depressiyaya düşür və mədədə ağırlıq hiss olunur.

- Qan axımı sürətlənir və ürəkdə piylənmə yaranır. Bu isə yüksək qan təzyiqi, qırıq-qırıq nəfəs alma və ürək xəstəliklərinə səbəb olur.

- Sidiyə getmə pozulur və bu, bədəndə su itkisinə səbəb olur. Həmçinin böyrəkdə narahatlıqlara, yuxusuzluğa, o cümlədən immunitet sisteminin də zəifləməsinə gətirib çıxarır.

- Endokrin sistemin pozulmasına yol açır. Piy yaranmasına səbəb olan endokrin sistemin pozulması isə pivə içərək kökələcəyiniz anlamına gəlir.