Türkiyədə 17 il əvvəl ailəsi ilə birlikdə kənddən Elazığ şəhərinə köç edən 37 yaşındakı 2 uşaq atası Fuad Torğut bu müddət ərzində burada müxtəlif sahələrdə çalışıb.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Fuad şəhərin stresindən və gurultusundan bezərək yenidən kəndə qayıdıb. Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin tətbiq etdiyi 'Gənclərə dəstək' layihəsi olub. Belə ki, layihə çərçivəsində nazirlik Fuada 40 keçi verib. Hazırda 40 başı 100 baş keçiyə çatdıran Fuad atasının yaşadığı Altınyaka kəndində yaşayır. Ailəsiylə birlikdə şəhərdən uzaq bir həyat yaşayan Fuad keçilərin süd və pendirlərini sataraq ailəsin saxlayır və kənd xoşbəxtliyini yaşayır.