Paytaxtın "Təzə bazar adlanan ticarət mərkəzi əl dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə "Ölkə.Az-a "Təzə Bazar MMC-dən məlumat verilib.
Məlumata görə, artıq "Təzə bazar MMC-nin ləğvetmə prosesinin başlandığı elan edib.
"Təzə bazar MMC-dən bildirilib ki, bazarın sahibi dəyişib:
"Bazarın yeni sahibi "FMC Group şirkətidir. Bazar isə ləğv edilməyib. Əvvəlki kimi fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, "Təzə bazar 2000-ci ilin əvvəlində səhmləşmə yolu ilə özəlləşdirilib. Daha sonra isə Səhmdar Cəmiyyəti ləğv edilib, minoritarlar səhmlərini iri səhmdarlara satıb.