Bakıda təxminən bir avtomobil qiymətinə helikopter satılır.

Unikal.org-un xezerxeber.az-a istinadən məlumatına görə, helikopterlərdən biri 55, digəri isə 150 min manata təklif edilir.

İnternet saytlarının birində yerləşdirilən bu elanlarda Bakıda son model helikopterlərin satışı həyata keçirilır. Qiymətlər isə 55 min manatdan başlayaraq ölçüsünə və istehsal ilinə görə dəyişir.

Elanda məkan olaraq Bakı göstərilsə də, satıcı helikopterlərin sifarişlə gətirildiyini deyir. Onun sözlərinə görə, sənədləşmə helikopter gətiriləndən sonra həyata keçirilir.

Satıcının dediyinə görə, ölçüsündən asılı olraq helikopter istənilən yerdə park edilə bilər. Sadəcə qarajın ölçüləri uyğun olmalıdır.

Helikopteri ada keçirtmək mümkün olsa da, sürmək üçün ya xüsusi pilotluq dərəcəsi olmalıdır, ya da ki, şəxsi pilot saxlamaq lazımdır. Digər bir məsələ isə uçuşu həyata keçirtmək üçün icazə məsələsidir ki, bu da bir neçə qurumdan icazə almaqla mümkündür.