Vaxtı keçmiş ərzaq məhsullarını satan mağazalar var.

Unikal.org xəbər verir ki, müvafiq dövlət strukturları keyfiyyətsiz ərzaq məhsullarının satışdan çıxarılması üçün addımlar atsa da, hələ də məsələni kökündən həll etmək mümkün olmayıb. Faktlar sübut edir ki, mağazaların heç də hamısı bu məsuliyyəti dərk etmir. İnsanların sağlamlığını gözardına alan bəzi sahibkarlar vaxtı keçmiş məhsulları istehlakçı şirkətə geri qaytarmaq əvəzinə üzərinə yenidən etiket vuraraq satışa çıxarırlar.