"Həkimlərin forması nə rəng olmalıdır", sualına yəqin ki, hamımız eyni cavabı verərik: Təmizlik rəmzi olan ağ. Artıq uzun müddətdir ki, cərrahlar ağ deyil, yaşıl rəngli forma geyinirlər. Bəs onları adi həkimlərdən fərqləndirən nədir?
Unikal.org bildirir ki, XX əsrin ikinci yarısınadək cərrahlar da, digər həkimlər kimi ağ forma geynirdilər. Lakin elə həmin dövrdə məlum oldu ki, cərahiyyə əməliyyatına girən həkimlər yaşıl forma geyinsələr, daha məqsədəuyğun olar. Bu rəngli forma həm cərrahlara əməliyyat vaxtı daha yaxşı görməyə kömək edir, həm də xəstənin əhvalını yüksəldir.
Mütəxəssislər qeyd edirlər ki, insan qırmızı rəng çalarlarına çox baxandan sonra, gözü ağ rəngə tuşlayanda, göz önündə yaşıl rəngli illüziya ləkələri canlanır. Odur ki, əvvəllər cərrah əməliyyat zamanı tez-tez gözlərini qaldırıb, ya xəstənin, ya da digər həkimlərin ağ geyiminə baxdığında fikiri yayınırdı. İndi isə,yaşıl rəngə baxaraq göz fokusunu stabilləşdirir.
Odur ki, tibbdə düşünülməmiş və təsadüfi heçnə olmur. Adi rəng fərqi belə, minlərlə həyatı ölümdən xilas edir.