"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 4 ədəd Çin istehsalı olan xüsusi təyinatlı maşın verilib.
ASC-nin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, maşınlar Azərbaycan və Çin Xalq Respublikası Hökümətləri arasında 2015-ci ildə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Hökümətinə 4,5 milyon ABŞ dolları məbləğində ayrılan növbəti qrant yardımı hesabına göndərilib.
2012 və 2014-cü illərdə imzalanmış sazişlər çərçivəsində Çindən ölkəmizə 300-dən artıq xüsusi təyinatlı maşın və texnikalar gətirilib.
Bu dəfə gətirilən 50 ədəd məişət tullantıları daşıyan (orta tutumlu), çirkab suları sovuran (assenizator), su daşıyan, yolları süpürən maşınlardan 4 ədədi (1 ədəd çirkab suları sovuran, 1 ədəd su daşıyan və 2 ədəd yolları süpürən maşın) "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə verilib. Digər maşınlar isə respublika üzrə müvafiq dövlət qurumlarına paylanılacaq.