Bu ilin mart ayında "Cənub Elektrik Stansiyası"nda 440,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
 
Bu barədə Unikal.org-a "Azərenerji" ASC-nin Mətbuat xidmətindən daxil olan məlumatda bildirilir.
 
Cari ilin I rübü ərzində isə sözügedən elektrik  stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi 1 milyard 338,6 milyon kilovatsaatdan çox olub. 
Sözügedən dövrdə elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.
Cari ilin son üç ayı ərzində elektrik stansiyasının elektrik avadanlıqlarına da baxışlar keçirilmiş və aşkar olunmuş nasaslıqlar aradan qaldırılıb. Eyni zamanda qrafik üzrə texniki xidmət işləri də aparılıb. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzindədir. Belə ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənib. Eyni zamanda yanğına qarşı əks-qəza məşqi də keçirilib.
Xatırladaq ki, "Çənub Elektrik Stansiya"sının Abşeron yarımadası və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi sisteminin daha da dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.