Dünya Azərbaycanlıları Assambleyasının (DAA) BMT-nin İnsan Haqları Komitəsi başda olmaqla, ATƏT Parlament Assambleyasının İnsan Haqları Komitəsi, Avropa Şurası İnsan Haqları Komitəsi, Avropa İnsan Haqları Komissarı , Avropa Parlamenti, Avropa Ombudsmanı, Beynəlxalq Qırmızı Xaç Komitəsi də daxil 20-yə yaxın quruma Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı ünvanlandığı müarciətə cavab verilib.
Unikal.org bildirir ki, bu barədə Modern.az-a DAA-nin prezidenti Rəşad Quliyev məlumat verib.
O bildirib ki, cavab məktubu Avropa İnsan Haqları Kommissarlığından göndərilib:
"Məktubda bildirilib ki, kəlbəcərli girovlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı məsələ Avropa insan haqları komissarı, cənab Nils Muiznieksin icraatına götürülüb.
R.Quliyev beynəlxalq təşkilatların təzyiqi ilə girovların azadlığa qovuşacağına ümid etdiyini bildirib.