Lənkəranda yol polisi vətəndaşın həyatını xilas edib.
Unikal.org apa-ya istinadən məlumata görə, rayonun Şirinsu kənd sakini İbadlı Ruslan Əli oğlu idarə etdiyi ağır vəziyyətdə olan xəstəni xəstəxanaya apardığı "VAZ-2107 markalı avtomaşında nasazlıq yaranıb. O, bu səbəbdən xəstəni xəstəxanaya çatdıra bilməyib, yoldan keçən polis əməkdaşına yardıma çağırıb.
Lənkəran şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru leytenant Mirxəyal Hüseynov xidməti avtomaşını ilə xəstəni Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb və onun həyatını xilas etmək mümkün olub.
Qeyd edək ki, avtomaşındakı xəstə ürək çatışmazlığından əziyyət çəkirmiş.