Ev sakinləri qorxu içində yaşayırlar.

Unikal.org ARB-yə istinadən xəbər verir ki, İmişli rayonunun Qaragüvəndikli kəndində Babayevlər ailəsinin yaşadığı evə ilanlar soxulub.

Ev sakinləri bildirirlər ki, ilanların məhv edilməsi istiqamətində aidiyyatı qurumlar tərəfindən dərmanlama işləri aparılsa da, hələ ki, müsbət nəticə verməyib. Evə soxulan ilanlar tikilinin torpaqdan olan divarlarında yaşayır.