ANAMA iyulun 8-də agentlik tərəfindən Lənkəran şəhərində aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat yayıb.
ANAMA-dan Unikal.org-a verilən məlumata görə, şəhərin 10 saylı yanalma məntəqəsində dəniz sahilinə baxış keçirilib, 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilərək götürülüb, nəticə etibarilə 1 800 kv.m ərazi yoxlanılıb.