Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Unikal.org xəbər verir ki, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 29-34° isti,
Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacağı gözlənilir,
Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 75-85 % , gündüz 55-65% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°,
Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti
Əksər rayonlarda əsasən yağmursuz. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36°,
dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir.