Ötən həftə Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 39 ünvanında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana tipli binada iki qadının həyatını xilas edən polisdən xəbər var.
Unikal.org-un məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfoya bildirilib ki, polis kiçik serjantı Əkrəm Dərxot hadisədən sonra dərhal xəstəxanaya yerləşdirilib. O A. Heydərəov adına Respublika Hospitalında bir gecə qalıb. Səhəri gün isə öz xahişi ilə yenidən Post Patrul Xidmətində işini davam etdirib. Səhhəti yaxşıdır.
Xatırladaq ki, Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Əkrəm Dərxot 5-ci mərtəbədəki mənzillərdən birində köməksiz vəziyyətdə qalan 2 qadının həyatını xilas edib. Qadınlardan biri astma xəstəliyindən əziyyət çəkib. Həmin qadının dərmanı mənzildə qaldığı üçün, polis əməkdaşı növbəti dəfə həmin mənzilə qalxıb. Polis əməkdaşı dərmanı qadına verəndə huşunu itirib.