Ləğv olunan MTN-in İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərovun işi üzrə məhkəmədə Eldar Mahmudov barəsində cinayət işinin başlanılması ilə bağlı hökm qəbul edilib.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, məhkəmə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıb və həmin qərarın surəti icra olinması üçün adiyyatı üzrə prokurluğa göndəriləcək.
Qeyd edək ki, Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib.