Malayziyada uzunluğu 7,98 metr olan nəhəng piton tutulub. İlanın ağırlığı 250 kiloqramdır.
Unikal.org milli.az-a istinadən bildirir ki, Malayziya Mülki Müdafiə Xidmətinin 109 əməkdaşı Penanq adasında tutulmuş ilanı güclə qaldırıb. Ekspertlərin dediklərinə görə, bu, dünyada indiyədək tutulmuş ən böyük ilandır.
Qəfəsli piton və ya konstriktor ən böyük piton sayılır. Bu ilan şikarına sarılıb onu boğur, sonra udur.
Dünyada indiyədək ən böyük ilan "Meduza" sayılırdı. Uzunluğu 7,3 metr olan bu piton ABŞ-ın Kanzas-Siti şəhərindəki "The Edge of Hell Haunted House" attraksionunda saxlanır.