Space TV-nin məşhur aparıcısı Günel Həsənzadə kanalla yollarını ayırıb.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, "Banu" verilişinin siması yeni sezonda sözügedən televiziyanın efirinə çıxmayacaq.
Həsənzadənin yeni iş yeri də məlum olub. Belə ki, teleaparıcı sentyabr ayından etibarən ARB TV-nin ekranında görünəcək. Onun proqramın adı isə hələlik məlum deyil.
Qeyd edək ki, Günel bir müddət əvvəl ARB-də yayımlanan "Gəlin danışaq" verilişindəki ailəsi və şəxsi həyatı barədə etirafları müzakirələrə səbəb olmuşdu.