Xəbər verdiyimiz kimi, general Novruzəli Orucovun oğlu Rüstəm Orucov "BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub. R.Orucov vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Unikal.org general oğlunun idarə etdiyi avtomobillərinin görüntülərini əldə edib.
Görüntülərdə general oğlu 10-OG-300 dövlət nömrə nişanını təkcə "BMW markalı avtomobilində deyil, həmçinin ona məxsus "Galendevagen markalı avtomobilində də istifadə edib.
Rüstəm Orucov həmçinin Bakıda bahalı avtomobillərin kütləvi yürüşünün iştirakçısı olub.
Fotoları təqdim edirik: