Bakıda generalın oğlunun dsöydüyü sürücü məzuniyyətə buraxıldı .

Bu barədə "Xaliq Faiqoğlu" şirkətinin baş direktorunun müşaviri Zamiq Şükürov Unikal.org-a özəl olaraq bildirib.

O bildirib ki, hadisə nəticəsində xəsarət alan Sənan Səmədov adlı sürücü şirkətə məxsus olan 85 saylı marşrut avtobusunda işləyib: "Hazırda sürücü durumuna görə, məzuniyyətə buraxılıb.

Qeyd edək ki, Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Unikal.org-a bildirib ki, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Məlumat üçün bildirək ki, Rüstəm Orucov general Novruzəli Orucovun oğludur.

Novruzəli Orucov dünən Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.
Seen by Amid Eyyuboglu at 12:14