Bakı Dövlət Universiteti ilə UAFA (United Aid for Azerbaijan) - uşaqlara dəstək təşkilatı arasında memorandum imzalanıb.

Unikal.org xəbər verir ki, memorandumu Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və UAFA uşaqlara dəstək təşkilatının təsisçisi Qven Börçell imzalayıb.

İmzalanmadan əvvəl BDU-nun rektoru, akademik Abel Məhərrəmov UAFA haqqında məlumat verib, təşkilatın fəaliyyətini yüksək qiymətləndirib, görülən işlərdən, həyata keçirilən layihələrdən, Bakı Dövlət Universiteti ilə işbirliyindən danışıb.

UAFA-nın təsisçisi və rəhbəri Qven Börçell, öz növbəsində, universitetin Sosial elmlər və psixologiya fakültəsi ilə əməkdaşlıqdan bəhs edib, elm və təhsil sahəsində birgə əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Sonra Bakı Dövlət Universiteti ilə UAFA arasında gələcəkdə beynəlxalq əlaqələri inkişaf etdirmək məqsədilə elm və təhsil sahəsində memorandum imzalanıb.