Azərbaycan Türkiyədən kondisionerli tabut və morq kabinələri alıb.

Unikal.org xəbər verir ki, bu barədə sözügedən məhsulu istehsal edən şirkətin rəhbəri Rəcəb Taşkıran bildirib. 

O vurğulayıb ki, Belçika, Almaniya, Azərbaycan və İraqa 1500 civarında kondisionerli tabut və 500-dən artıq 2-3 cənazənin yerləşə biləcəyi morq kabinələri ixrac ediblər.

İş adamı sözügedən məhsulların qiymətini də açıqlayıb.

Kondisionerli tabutlar 2 min-3200 lirə, morq kabinləri isə 4 min - 30 min lirə arasında dəyişən qiymətlərlə satılır.