Rayon mərkəzi, 5 qəsəbə, 57 kəndi özündə birləşdirən, 22 min abonenti olmaqla 100 min nəfər əhaliyə xidmət edən Şamaxı Elektrik Şəbəkəsində Azərişıq ASC-nin yarandığı 29 ay müddətində geniş miqyaslı tikinti, yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir.
ASC-nin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, ölkə prezidentinin qarşıya qoyduğu məqsədlərə uyğun olaraq Şamaxı rayonunda 1 ədəd 35/10 kV-luq 1x1.6 MVA gücündə "Pirqulu yarımstansiyası yeni inşa edilib və 1x2.5 MVA gücündə yeni transformator quraşdırılıb.
Həmçinin Şamaxı EŞ-nin xidməti ərazisində 47 ədəd köhnə KTM-lər müxtəlif güclü yeni KTM-lərlə (Komplekt Transformator Məntəqəsi) əvəz edilib.
Son iki ildə Şamaxı rayonu ərazisində 10 kV-luq hava xətti üzrə 1.212 ədəd dayaq, 54.5 km naqil yenilənib. 0,4 kV-luq hava xətti üzrə isə 44.14 km ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər) kabel xətti, 36.0 km hava xətti çəkilib.
"Azərişıq ASC-nin daxili imkanları hesabına ümumi 2705 abonent olmaqla 12 min əhalisi olan Qaleybuğurd, Muğanlı, Mirikənd, Hacılı, Kiçik Xınıslı, Mərzəndiyyə Nağaraxana kəndləri və Sabir qəsəbəsində kabelləşmə işləri hal hazırda davam etdirılır.
Ümumilikdə indiyədək Şamaxı rayonunun mərkəzində, 7 kənd və 1 qəsəbədə 0,4 kV-luq şəbəkələrdə tam kabelləşmə işləri aparılıb, 9 ədəd yeni müxtəlif güclü KTM-lər quraşdırılıb 46.3 km 0,4 kV-luq ÖİN kabel xətti çəkilib.
Bununlardan əlavə 2 qəsəbə olmaqla 9 kənddə 38 ədəd yeni KTM quraşdırılması, 54,66 km 10 kV-luq hava elektrik verilişi xətlərinin çəkilməsi və 159,2 km 0,4 kV-luq şəbəkənin ÖİN xəttlərlə yenidənqurulması işləri davam etdirilir.