İyulun 1-dən bu gün saat 18:00-a qədər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən 47 min nəfər miq.edu.az saytında qeydiyyatdan keçib.
Unikal.org xəbər verir ki, Təhsil Nazirliyindən lent.az-a bildirilib ki, iyulun 1-dən başlanan elektron qeydiyyat prosesi iyulun 14-ü saat 00:00-dək davam edəcək.
Bildirək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 11 min vakant yer çıxarılıb və bu rekord say hesab edilir.
Qeyd edək ki, işə qəbul üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilər.
Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan yeniliyə əsasən ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq.