Prezident İlham Əliyev akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, ölkənin elmi potensialının artırılması və nailiyyətlərinin tanıdılmasında, o cümlədən yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olan akademik Həsən Abdullayevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə AMEA-ya akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. .