Daha bir azərbaycanlı barəsində İnterpol vasitəsilə axtarış elan olunub.
Unikal.org-un məlumatına görə, 1959-cu ildə Bakıda anadan olan Mehman Bayramov külli miqdarda maliyyə fırıldaqçılığında təqsirləndirilir.
Azərbaycan məhkəməsi M.Bayramov haqqında həbs qəti imkan tədbiri seçib və onu axtarışa verib. Məhkəmənin qərarı əsasında İnterpol M.Bayramov barəsində beynəlxalq axtarış elan edib.