Unikal.org birinci Qarabağ döyüşlərində həyat yoldaşını itirən Əməkdar artist Aybəniz Haşımovanın AzNews.az-a verdiyi müsahibəsini oxuculara təqdim edir:
-Aybəniz xanım, neçə gündür ki, ölkədə müharibə əhval-ruhiyyəsi var. Ayın əvvəlində bir neçə günlük uğurlu hərbi əməliyyatlar barədə eşitdik, ardınca isə xeyli sayda şəhid tabutu gördük. Vətənin ağrı-acısını özününkü hesab edən bəzi sənət adamları şəhidlərin ailələrinə hörmət əlaməti olaraq konsertlərini təxirə saldı. Amma Azərbaycanın bir qrup sənətkarı - Xalq artisti Ramiz Quliyev, Avtandil İsrafilov və Yaqub Zurufçu Almaniyanın Hamburg, Köln və Frankfurt şəhərlərində nəzərdə tutulan konsertləri təxirə salmamaqda israr edirlər… Bu məsələlərə münasibətiniz necədi?
-Məncə, indiki məqamda sənət adamları konsertlərini hansısa Avropa şəhərində deyil, cəbhə bölgəsində verməlidir. Müharibə dövründə musiqiçilərin səngərlərə, cəbhə bölgələrinə getməsi, əsgərlərlə görüşməsi vacibdir. Çünki onların döyüş ruhunu yüksəltmək üçün mahnılar xüsusi əhəmiyyətə malikdir. Elə buna görə də əsgərlərimiz həmişə sənətkarları çox hörmətli tutublar. Biləndə ki, hörmətini tutduğu insanlar bu çətin anda cəbhə bölgəsinə gəlib, onlarla birgədir, bu, onlarda qələbəyə inam yaradır, vətənpərvərlik hisslərini alovlandırır, özünə inamı gücləndirir, döyüş ruhunu artırır. 1992-ci ildə belə qanlı hadisələrin daha çox vüsət aldığı dövrdə mən də cəbhə bölgələrinə getmişəm.
Yadımdadır ki, erməni ilə lap yaxın məsafədə idim. Erməni ilə aramada təxminən 500 metr məsafə olub. Deyirdilər ki, gəlməyin bura sizi vurarla". Deyirdim ki, gələcəyəm. Bunu deyəndə heç bilirsiniz ki, bizim əsgər qardaşlarımız nə qədər ruhlanırdı? Onlar fəxr edirdilər, deyirdilər ki, gör bizim necə bacı-qardaşlarımız var ki, erməni ilə üzbəüz dayanmağa qorxmurlar.
İnanın Allaha ki, erməni güllələri başımızın üstündən yağırdı. Ona baxmaq olmurdu, o güllənin biri mənə dəysəydi, təbii ki, mən də şəhid olacaqdım. Görünür, nəsib deyilmiş, hərənin öz alın yazısı var. Şəhidlik də elə asan məqam deyil ki, onu Allah hər kəsə versin. Şəhidlik böyük bir rütbədir. Vətən yolunda şəhid olanlar Allahın yanında məskunlaşırlar. Şəhidlər Allahın ən vacib övladlarından biri olurlar. Bu gün qanlı savaşda şəhid olan əsgər həm də bizim övladlarımızdır.
Mənim özümün də illərdir ki, yaram var. İllərdir ki, mən o yaramı içimdə gizlədə-gizlədə, insanlara acı vermək istəmədən, hər zaman musiqilərimlə ətrafa xoş niyyət tərənnüm etmişəm. Amma son hadisələrdə yaşından asılı olmayaraq, şəhid olan oğullarımıza ağlayıram. Elə bir günüm yoxdur ki, mən ağlamayım.
İllərdir ki, bədənimdə qaysaq bağlayan yaralarımın ağzı açılıb, qan verir. Yaralarımın qanı o vaxt dayanacaq ki, Qarabağ məsələsi Azərbaycanın xeyrinə bitəcək. Biz haqqıq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, döyünən ürəyidir. Ermənistan bu torpaqda oğru olaraq məskunlaşıb. Nə qədər gec deyil ermənilər bu torpaqlardan cəhənnəm olmalıdır. Gəmidə oturub gəmiçi ilə dava etməzlər.
Azərbaycan elə bir dövlətdir ki, bütün dövlətlərə qapı açır. Azərbaycan həmişə istəyib ki, dostluq və sülh olsun. Biz heç bir vaxt "mənəm-mənəm" deməmişik. Azərbaycanda hələ də 35 min erməni yaşayır. Erməni qadınların çoxu azərbaycanlı kişilərindən oğul, qızlar doğub. Bunlar hamısı faktdır, heç kəs dana bilməz. Bunu hamı yaxşı bilir. O qadınlar kimlərdir? Onları hamı yaxşı tanıyır.
Amma bu gün sənətkarlar hamısı səfərbər olub, bir amala yumruğunu vurmalıdır. Hətta xarici ölkələrdə konsert verirlərsə də belə onu da Azərbaycanın adı ilə verməlidirlər. Bugünkü günü təbliğ etməlidirlər. Əgər bunu edərlərsə mən əlbəttə ki, onları alqışlayaram. İnanıram ki, konsert verən bütün sənətkar elə bu cür düşünüb addım atır. Başqa cür isə düşünmək istəmirəm.
- Azərbaycan-Ermənistan təmas xəttində yenidən atəşgah elan olunan kimi sənətkarlar döyüş bölgələrinə gedib, sosial şəbəkələrdə şəkillərini yayırlar. Sizcə bu, reklamdır, yoxsa vətən təəssübkeşliyi?
- Sənətçilərin əksəriyyəti həmişə sərhədlərdə olublar. Bunu danmaq olmaz. Mən həmişə onları izləmişəm. Əlbəttə bu gün sənət adamlarının döyüş bölgələrinə daha tez-tez getməsi çox gözəldir. Şəkillərini sosial şəbəkələrdə paylaşmaları da qürurvericidir. Niyə də olmasın? Qoy, bu, getmiyənlərə nümunə olsun. Döyüş bölgəsində hər kəs getməlidir. Siz bilirsiniz ki, mənim varım-yoxum bircə övladım var. Bu müharibənin üzündən mənim övladımın nə qardaşı oldu, nə də bacısı. Üstəlik də canı-qanı olan atası da getdi. Ata nəvazişi görmədi mənim balam. Amma buna baxmayaraq, bu gün də Qarabağa gedib şəhid olmağa hazıram. Gedəcəm də, lazım olsa şəkillərdə çəkdirib paylaşacayıq. Necə lazımdırsa ordumuza dəstək verəcəyik. Bu gün Qarabağda vəziyyət çox ağırdır. Əməli-başlı müharibə gedir. Belə bir anda hansı sənətkar canından qorxmayıb ora gedirsə, mən onu alqışlayıram. Onlar həmin şəkilləri əsgərlərin istəyi ilə çəkib paylaşırlar.
-Amma bəzi sənətkarlar iddia edir ki, bu bir reklamdır...
-Mən inanmıram ki, hansısa müğənni əsgərlə çəkdirdiyi şəkillərində özünü reklam etdirsin. Əsgərlər xatirə şəkili istəyirlər. Heç kəs bilmir ki, kimin ömrü nə qədərdir. Nə bilirsiniz ki, müğənni orada şəkil çəkdirəndən sonra güllə yarası alıb ölməyəcək? Bəlkə də o şəkillər Azərbaycan əsgərinə məndən son xatirədir. Bunun pis tərəfə deyil, bu istiqamətə yozmaq lazımdır.
-Müğənni Əli Mirəliyev bildirib ki, cəbhə bölgəsində şəkil çəkdirmək deyil, silah alıb vuruşmaq lazımdır?
-Bu adam canından qorxmayıb əsgərlə bərabər səngərdə onun üçün oxuyursa deməli, o artıq silahı əlinə alıb. Onun silahı oxuduqlarıdır, səsidir. Əlbəttə düşmənə xoş olarmı Azərbaycan sənətçisinin səsini eşitsin. Gülləni yağdırar, nə desən olar. Hardan bilək ki, həmin müğənni orada şəhid olmayacaq? Müğənni bu cür döyüşür, əsgərlərsə silahla. Hər kəs öz silahı ilə vuruşsa, düşmən məğlub olacaq. Mən buna inanıram.
-Madam ki, müğənninin silahı, oxuduğu mahnıdır və sənətçilərimiz tez-tez cəbhə bölgəsinə gedir, onda niyə hərbi-vətənpərvərlik ruhunda mahnıların sayı çox azdır?
-Qoy bu sualın cavabını bəstəkarlar versin. Mənim "Bülbüllər"imlə "Vətəndən pay olmur" mahnısı böyük bir nümunədir. Bu böyük bir çağırışdır, "Qarabağ balladası" rezonansdır. Sadəcə olaraq, yazılanları efirlər təbliğ etməlidir. Bu musiqiləri nəinki müharibə alovlanan vaxtlarda, həmişə yorulmadan təbliğ etmək lazımdır. İnşallah Qarabağ tamamilə azad olacaq. Bu o demək deyil ki, biz bu musiqiləri dayandırmalıyıq. Düşmənlə dostun çomağını əldən vermək olmaz. Düşmən həmişə qalxa bilər. Çünki onun adı düşməndir. Unutmayaq ki, bu hadisələr 1905-ci ildən başlayıb. Hələ də bitmir, hələ də Azərbaycan şəhid verməkdə davam edir. Azərbaycan heç vaxt başkəsən millət olmayıb. Bu Azərbaycanın ən yaralı yeridir. Kaş ki, bizim analarımız başkəsən övlad doğaydı. Onda bilirəm ki, Ermənistandan əsər-əlamət qalmayacaydı.