Son günlər Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqÂraÂsiÂyaÂya qarşı keçiÂrilÂÂmiş tədbirlər zaÂmaÂnı ölkə ərazisində qanunsuz yaşayan 5 nəfər Pakistan İslam Respublikası, 2 nəÂfər Hindistan ResÂÂpubÂliÂkaÂsı, 2 nəfər Nepal Krallığı, 1 nəfər Syerra-Leone Respublikası, 1 nəfər NiÂgeriya Federativ ResÂÂpubÂliÂkaÂsı vəÂtənÂdaÂşı və 1 nəfər ikili vətəndaşlığı (Fələstin və İordaniya Həşimi Krallığı) olan əcnəbi saxÂÂÂlanılıb.
DMX-dən unikal.org-a verilən məlumata görə, araşdırma zamanı miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati qaydada Azərbaycan Respublikasının ərazisindən çıxarılan və ölkə ərazisinə girişinə məhdudiyyət qoyulan Pakistan vətəndaşı özünü Vasim kimi təqdim edən Zıkar Ullah tərəfindən 5 nəfər həmyerlisinin (Hussain Muhammad Waqar, Ahmad Sarfraz, Haidar Irfan, Ali Faizan, Ahmed Shakeel), 2 nəfər Hindistan vətəndaşının (Ravinder Kumar, Mandal Bhairab) və 2 nəfər Nepal Krallığı vətəndaşının (K C Sunil, Shrestha Anu) işə düzəltmə adı ilə aldadılaraq Azərbaycan Respublikasına gətirilməsi məlum olub.
Adları çəkilən 9 nəfəri Azərbaycanda qarşılayan Zıkar Ullah müxtəlif ünÂvanÂlarda kirayə tutduğu mənzillərdə həmin əcnəbilərin yerləşdirilməsini həyata keÂçirÂib və onlara respublikamızda müvəqqəti yaÂşaÂmaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alacağına, həmÂçinin həmin şəxsləri işlə təmin edəcəyinə vəd verib. Xatırladaq ki, qaÂnunsuz miqrasiya kanalının təşkilatçısı olan Zıkar Ullahın toruna düşən daha 43 şəxs bir müddət əvvəl DMX tərəfindən aşkar edilərək respublikanın hüdudlarından kənara çıxarılıb.
Saxlanılmış Syerra-Leone vətəndaşı Banya Sama Kai və Nigeriya vətəndaşı Eze Chukuemeka isə Azərbaycan Texniki Universitetinin tələÂbəÂləÂri olaraq DMX-dən müvəqqəti yaşama icazəsi alıb, lakin uniÂverÂsiÂtetÂdən xaric edildikdən sonra ölkəni tərk etməyərək qanunsuz miqranta çevriliblər.
Bundan əlavə, keçirilmiş tədbir zamanı saxlanılmış ikili vətəndaşlığı olan Jebreen M.S. Awadın Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olduğu, sonradan işləmək məqsədi ilə Azərbaycana qayıtdığı məlum olub. Jebreen M.S. Awad ona iş və müvəqqəti yaşama icazəsi alınması məqsədilə "Ok tour turizm şirkəti ilə razılaşıb və çalışmadığı "Md international MMC-dən müvafiq icazələr əldə edib. Lakin sonradan həmin MMC-nin fəaliyyətini dayandırması ilə əlaqədar olaraq Jebreen M.S. Awad dostlarının köməyi ilə Azərbaycanda daşınmaz əmlak sahibi kimi müvəqqəti yaşama icazəsinin alınmasına nail olub.
Aşkar edilmiş faktlarla bağlı Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz MiqÂrantların Saxlanılması Mərkəzində yerləşdirilən şəxslər müvafiq inzibati məsuliyyəÂtə cəlb ediliblər.