Aprelin 1-dən 4-nə kimi davam edən müharibədə şəhid olan kəşfiyyatçı Bağırov Emin İmran oğlunun yaxınları onun yoxluğuna dözə bilmirlər.
Unikal.org big.az-a istinadən bildirir ki, şəhidimizin yaxınları onun fotosunu paylaşıblar.
"Həmişə deyirdi ki, bircə aprel ayı gəlsəydi. Niyə, Emin? Aprel gəlsin, kəşfiyyatçı pulumu alıb qəpiyinə kimi aparıb evə verəcəyəm. Qoy atam borclarını qaytarsın.
Gedəndə biz səni fəxrlə yola saldıq. Sən də bizə deyirdin tək siz yox, bütün Azərbaycan mənimlə fəxr edəcək... Elədilər, qardaşım, sən o bayrağa görə canından keçdin. Lələtəpəyə bayrağı sancan sən oldun. O bayraq indi dalğalanırsa, o da sənin sayəndədir...
Amma bu qədər insanı arxanda gözüyaşlı qoydun, o cür xəyalların var idi, niyə getdin axı, Emin?.."
Şəhid E.Bağırov Binəqədi qəsəbəsində dəfn edilib.
Allah rəhmət eləsin!