Avqustun 22-də saat 15 radələrində 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu, 1999-cu il təvəllüdlü Murad Kazımzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
*** 16:33
Astarada qətl hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, Astara şəhərində qeydiyatda olan 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası, 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.