Müasir dövrün yaşam tərzinin kişilər üçün yaratdığı ən böyük problemlərdən biri cinsi zəiflik hallarıdır. Statistik göstəricilərə görə cinsi zəiflikdən şikayətlənən kişilərin sayı hər il artır. Bəs səsbəb nədir?
Unikal.org modern.az-a istinadən mövzu ilə bağlı yazını təqdim edir.
Cinsi zəifliyin yaranmasının bir çox səbəbləri var. Oturaq həyat tərzi, düzgün qidalanmama, siqaret, stress, həyəcan, alkoqol, həkimlər tərəfindən təyin olunmamış dərman pereparatlarının qəbulu, yuxu pozğunluğu, gərgin psixoloji durum, müxtəlif xəstəliklər və s. cinsi zəifliyi yaradan səbəblərin bir qismidir. Ancaq bütün bunlara baxmayaraq bu xoşagəlməz halın aradan qaldırılması üçün problemi yaradan səbəblərin sayından da çox üsullar var. Sadəcə bu problemi yaşayan hər bir insan vaxtında onun aradan qaldırılmasına cəhd göstərməlidir.
Cinsi zəifliyi aradan qaldırmaq üçün xalq təbabətində geniş istifadə olunan və illərin sınağından çıxan üsullardan biri jenşen kökündən hazırlanmış cövhərdir.
Bu cövhəri hazırlamaq üçün 50 qram jenşen kökünün üzərinə qaynadılmış şirin su əlavə olunur. 3 saat saxladıqdan sonra jenşen kökü xırda-xırda doğranılır və üzərinə 500 qram araq əlavə edilir. 20 gün vaxtaşırı şalxalanmaqla qaranlıq yerdə saxlanılır. Sonra süzülərək gün ərzində 1 dəfə, yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı qəbul edilir. Kurs 30-40 gün davam etdirilməlidir.
Bu cövhər cinsi zəifliyi aradan qaldırmaqla yanaşı orqanizmin immun sistemini gücləndirir, xroniki yorğunluğu aradan qaldırır, ürək-damar və sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir, maddələr mübadiləsini tənzimləyir.
Təsadüfi deyil ki, jenşen bitkisi faydalı xüsusiyyətlərinə görə xalq arasında "həyat kökü, "ölməzlik bitkisi kimi adlar qazanıb.
Çin təbiblərinin apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, cinsi zəiflik problemlərinin həllində jenşen kökündən hazırlanmış təbii vasitələr müasir farmakoloji dərman pereparatlarından kifayət qədər daha çox üstünlüklərə malikdir.
Məşhur psixoterapevt Ziqmund Freyd kişilərdə cinsi zəiflik halını belə ifadə edib: "Kişilərin həyatında ən çox rast gəlinən müvəffəqiyyətsizlik. Bu müvəffəqiyyətsizlikdən uzaq olmaq istəyirsinizsə jenşen kökündən hazırlanmış cövhərə etibar edin və həyatınızın həzz mənbəyini zənginləşdirin.