BDU-nun kafedra müdiri Fransanın Akademik Palma ordeni ilə təltif edilib
 
Bu barədə unikal.org-a BDU-nun Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib. 
 
Bakı Dövlət Universitetinin Alman-fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva Fransız dili və Frankofoniya Həftəsi çərçivəsindətəşkil edilən tədbirdə Fransanın Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif edilib.Elmira Fərəcullayeva Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdiyi səylərə görə bu mükafata layiq görülüb. BDU-nun kafedra müdiri ilə yanaşı daha dörd nəfər təhsil işçisinə mükafatı Fransanın Azərbaycandakı səfiri Orelia Buşez təqdim edib. Tədbirdə Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edib. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu münasibətlə dosent Elmira Fərəcullayevanı təbrik edib, ona gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayıb.