Ağcabədidə intiharın qarşısı alınıb.
Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağcabədi şəhərində 1 nəfər intihar etmək məqsədilə hündurlüyü 30 metr olan qülləyə çıxıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşla pisixoloji söhbətlər aparmış və intihara cəhdin qarşısını alıblar. Vətəndaş adiyyəti üzrə təhvil verilib.
Ağcabədidə intihara cəhd edən şəxsin şəhər sakini olduğu deyilir. Hadisə şahidlərinin bildirdiyinə görə, onun adı Sənandır.
Sənan ailəlidir, üç qızı, bir oğlu var. Onun əsas tələbi isə ev, işdən çıxarılan həyat yoldaşının işə bərpa edilməsi və yaşayış üçün ona ev verilməsi olub.
Şahidlər bildirirlər ki, o, bir neçə ay öncə də həmin tələblərlə intihara cəhd etmişdi.
13:10
Ağcabədi rayonunda bir nəfər mobil operatorlardan birinin qülləsinə çıxaraq intihara cəhd edir.
Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, həmin şəxs qüllənin ən hündür yerinə çıxıb. O, pula ehtiyacı olduğunu, bu səbəbdən özünü öldürəcəyini bildirib. Hazırda müvafiq orqanların əməkdaşları həmin şəxsi fikrindən daşındırmağa çalışırlar.