Tovuzda qətl törədilib.
Unikal.org apa-ya verdiyi məlumata görə, hadisə ötən gün rayonun Qalaboynu kəndində qeydə alınıb.
Kənd sakini, 1999-cu il təvəllüdlü Əmiraslanov Məqsəd İlqar oğlu baş nahiyəsindən ov tüfəngi ilə güllələnib.
Məlumata görə, qətli törədən şəxs məlumdur və onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb.