Dağlıq Qarabağın Azərbaycan icmasının üzvü, millət vəkili və Ermənistan-Azərbaycan sülh platformasının həmtəsisçisi Rövşən Rzayev "EUobserver saytında yer alan məqaləni təkzib edib.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, R.Rzayev qeyd edir ki, iyulun 28-də "EUobserverdə dərc olunmuş "Aİ-nin Dağlıq Qarabağda sülh siyasətinə ehtiyacı var məqaləsində erməni diasporunun nümayəndəsi Nikolas Tavityan diqqətləri Dağlıq Qarabağ münaqişəsi ətrafındakı real vəziyyətdən yayındırmağa çalışır.
R.Rzayev yazır ki, N.Tavityan öz məqaləsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı olunması faktını qeyd etməyib.
Rövşən Rzayev yazır: "Erməni qoşunlarının Azərbaycanın suveren ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün birbaşa təhdiddir.
Millət vəkilinin sözlərinə görə, N.Tavityanın fikirləri ziddiyyət təşkil edir, belə ki, "ilk növbədə insan yanaşmasından danışarkən o, bir milyona yaxın azərbaycanlı qaçqının hüquqlarını nəzərə almır.
R.Rzayevin fikrincə, Avropa İttifaqının vahid mövqedən çıxış etməsi və dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipinə sadiq qalması vacibdir.
Məqalədə o da qeyd olunur ki, Aİ qoşunlarını işğal olunmuş ərazidən çıxarması üçün Ermənistana diplomatik təzyiq göstərməli və Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni və azərbaycanlı icmalarının barışma prosesini dəstəkləməlidir.