Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyində dəyişiklik baş verib.
Unikal.org xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov ARDNF-nin Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub. N. Əmirov Vahid Axundovu əvəzləyib.
Qeyd edək ki, Fondun Müşahidə Şurasının sədri baş nazir Artur Rəsizadədir. Şuranın digər üzvləri Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Sahin Mustafayev, Mərkəzi Bankının sədri Elman Rustamovdur.
ARDNF-nin icraçı direktoru Şahmar Mövsümovdur.