Londonda yüngül atletika üzrə dünya çempionatı davam edir.
Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, mundial əfsanəvi atlet Useyn Boltun vidası ilə əlamətdar olub.
Dünya şöhrətli idmançı son dəfə 100 metr məsafədə qaçış cığırına çıxıb. Yamaykalı atlet dünya çempionatından sonra karyerasını bitirəcəyini əvvəlcədən bəyan etmişdi. Onun 100 metr məsafəyə sonuncu qaçışı uğurlu alınmayıb. Bolt yalnız 3-cü yeri tuta bilib. O, 9,95 saniyə nəticə göstərib.
Qızıl medalı amerikalı Castin Qatlin qazanıb - 9,92 saniyə. Gümüş medalı da onun həmyerlisi əldə edib - 9,94 saniyə.
Useyn Bolt karyerasında sonuncu dəfə 4x100 metr məsafəyə estafet yarışlarında qüvvəsini sınayacaq.
Maraqlıdır ki, çempion Qatlin yarış başa çatandan sonra əfsanənin qarşısında diz çökərək ona öz ehtiramını bildirib.