"Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, â„– 7, maddə 645, â„– 8, maddələr 723, 731; 2009, â„– 6, maddələr 419, 421, â„– 12, maddə 1029; 2010, â„– 2, maddə 80, â„– 3, maddə 183, â„– 10, maddə 850; 2013, â„– 12, maddə 1556; 2014, â„– 11, maddə 1414; 2016, â„– 5, maddə 907, â„– 6, maddə 1172; 2017, â„– 1, maddə 82, â„– 5, maddə 858) Əlavə 3 - "Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşlarında aşağıdakı dəyişikliklər edilsin:
1. "İnzibati vəzifələrin təsnifatı üzrə: hissəsinin "Yeddinci təsnifat bəndinə "Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində: yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilsin:
Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda: | |
rəhbər | 365 |
rəhbərin müavini | 345 |
sektor müdiri, baş mühasib | 315 |
baş məsləhətçi | 290 |
böyük məsləhətçi | 285 |
aparıcı məsləhətçi | 280 |
məsləhətçi | 275 |
2. "Yardımçı vəzifələrin təsnifatı üzrə: hissəsinin "Dördüncü təsnifat bəndinin birinci abzasına üçüncü halda "bölmələrində, sözündən sonra "yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda, sözləri əlavə edilsin".