"Dəniz kuboku - 2017 müsabiqəsinin "Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində "Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı üzrə 4-cü epizod icra edilib.
Bu barədə unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.
Epizodun icrası ilə bağlı yekun nəticələrə dair beynəlxalq hakimlər kollegiyasının qərarına əsasən Azərbaycan HDQ-nin "G-124 gözətçi gəmisinin ekipajı ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb. Rusiya HHD-nın "Qrad Sviyajsk kiçik raket gəmisinin ekipajı ikinci, İran HDQ-nin "Cövşən raket katerinin ekipajı üçüncü, Qazaxıstan HDQ-nin "Sarıarka raket artilleriya gəmisinin ekipajı isə dördüncü yerdə qərarlaşıblar.