"Fənərbaxça klubu heyətinə daha bir futbolçu qatmaq niyyətindədi.
Unikal.org xəbər verir ki, "sarı-lacivərtlilər hücum xəttini gücləndirmək istəyirlər.
İstanbul klubu "Rubinin üzvü Jonatasla yaxından maraqlanır. "Fənərbaxça rəhbərliyi yaxın günlərdə braziliyalı forvarda rəsmi təklif göndərəcək.
28 yaşlı hücumçunun Türkiyəyə köçməyə razı olub-olmayacağı maraqla gözlənilir.
Karyerası ərzində "Breşiya, "Peskara və "Real Sosyedad kimi klublarda da oynamış "sambaçı ötən ildən "Rubinin formasını geyinir.