Bakıda keçirilən IV İslam həmrəyliyi Oyunlarının mükafatçısı Muhammad Şehzad Axtar dopinq problemi ilə üzləşib.
Unikal.org apasport-a istinadən xəbər verir ki, ölkəmizdə 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada üçüncü olan pakistanlı sərt sanksiyaya məruz qalıb.
Pakistanın Milli Antidopinq Komissiyası orqanizmində dopinq tapdığı idmançını 4 illik yarışlardan kənarlaşdırıb. O, qadağan olunmuş 2 preparatı qəbul etməkdə günahlandırılır. İdmançı həm də İslamiadada qazandığı bürünc medaldan məhrum olub.
Lakin snayper idmançı apelyasiya vermək hüququna malikdi.
Qeyd edək ki, Axtarın 3-cü olduğu növdə Ruslan Lunyov çempion titulunu qazanıb.