İŞİD terrorçularının İraqın şərqindəki Diyala vilayətindəki polis postuna hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 4 əməkdaşı öldürülüb.
Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Polkovnik Həbib əş-Şemri agentliyə bildirib ki, İŞİD terrorçuları Ən-Nədadakı neft müəssisəsində yerləşdirilmiş polis postuna hücum ediblər. Silahlılar hücumdan sonra qaçıb gizləniblər.