Syerra Leonenin paytaxtı Fritaun şəhərində daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 312 nəfərə çatıb.

Unikal.org-un xəbərinə görə, bu barədə "Frans Press agentliyinə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ölənlərin sayının artması istisna deyil. Reuters agentliyinin xəbərinə görə, Fritaunun mərkəzi morquna 179 nəfər gətirilib.