Masallı rayonunda ana və iki körpəsi ağır yanıq xəsarəti alıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Masallının Qızılavar kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Aytəkin Bağır qızı Seyfullayeva südlə dolu qazanı ocaqdan götürərkən 2 azyaşlı uşağının üzərinə aşırıb. Nəticədə ana və 2013-cü il təvəllüdlü qızı Zəhra, 2014-cü il təvəllüdlü oğlu Əmənullah ağır yanıq xəsarətləri alıb.

Onlar dərhal Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Uşaqların vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalarından birinə yola salınıblar.