Bakıda mənzildən 15 min manatlıq qızıl oğurlanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, X. Məmmədov küçəsi ev 20 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Anar Yaşasın oğlu Əliyev polisə ərizə ilə müraciət edərək yaşadığı evdən 15 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.