Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzərdə batan iki nəfərlə bağlı növbəti açıqlama yayıb.
Unikal.org nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən 16 avqust 2017-ci il tarixində dənizdə batdığı ehtimal edilən hər iki vətəndaşın şəxsiyyəti müəyyən olunub. Axtarışları aparılan şəxslər 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğludur.
Axtarış işləri haqqında əlavə məlumat veriləcək.