Xocalı rayon sakinini elektrik enerjisi vuraraq öldürüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Goranboy rayonunda baş verib.
Belə ki, ehtiyatsızlıqdan elektrik enerjisi Xicalı rayonundan olan və Goranboy rayonu ərazisində məskunlaşan məcburi köçkün Həmidov Eldəniz Sabir oğlunu vurub. Onu hansı şəraitdə elektrik enerjisinin vurması hələlik məlum deyil.
Xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.